Apr 28, 2020 08:31 Asia/Baku
  • Hər cür qanunsuz və təhrikedici hərəkət qətiyyətlə cavablandırılacaq
    Hər cür qanunsuz və təhrikedici hərəkət qətiyyətlə cavablandırılacaq

İran İslam Respublikası Slahlı Qüvvələrinin Baş Qərargahı ABŞ ordusunun Fars Körfəzi, Hörmüz boğazı və Oman dənizində iştirakının regionun təhlükəsizliyini pozduğunu bildirib. Vurğulayıb ki, hər cür qanunsuz və təhrikedici hərəkət qətiyyətlə cavablandırılacaq.

İran İslam Respublikası Slahlı Qüvvələrinin Baş Qərargahı bir bəyanatda gəmiçiliyin təhlükəsizliyinin qorunması bəhanəsilə Amerikanın başçılığı altında yalançı koalisiyaların təşkilini təhlükəli və eyni zamanda region sülhü və təhlükəsiziyini pozan amil adlandırıb. Deyib ki, Amerika zərərlə dolu gediş-gəliş və regionda hərbi bazalar yerləşdirməklə əslində qanunsuzluq, şər işlər və əmin-amansızlıq mənşəyi olub və İran İslam Respublikası dəfələrlə Amerikanın beynəlxalq qayda-qanunlara zidd, həmçinin regional təhlükəsizlik və nizam-intizamı pozan və səbatsızlaşdırıcı rəftarlarını beynəlxalq təşkilatların nəzərinə çatdırıbdır.

İran İslam Respublikası Slahlı Qüvvələrinin Baş Qərargahı bu bəyanatda Amerikaya və onun müttəfiqlərinə xitabən vurğulayıb: İqtisadi cəhətdən İranın inhisarında olan sulardan keçərkən beynəlxalq qayda-qanunlara və İran İslam Respublikasının qanunlarına riayət etməklə bərabər, hər cür avantüradan, həmçinin öz təhlükəli rəftarlarından yalan rəvayətlərdən, eləcə də zərərsiz və təhlükəsiz dənizçiliklə təzad təşkil edən hərəkətlərdən çəkinilsin.

İran İslam Respublikası Slahlı Qüvvələrinin Baş Qərargahı sonra belə qeyd edib: İran İslam Respublikası regionda heç bir gərginlik və qarşıdurmanın başlayıcısı olmayıb və deyildir, amma daima hazırlıq, mətanət və qüdrətlə öz ərazi bütövlüyünü müdafiə edir.

HƏR CÜR QANUNSUZ HƏRƏKƏT QƏTİYYƏTLƏ CAVABLANDIRILACAQ

Teqlər