May 03, 2020 17:53 Asia/Baku
  • Koronavirus pandemiyası beynəlxalq siyasətləri şübhə altına alıbdır

İran İslam Respublikasının prezidenti bildirib ki, koronavirus pandemiyası beynəlxalq siyasətləri şübhə altına alıbdır. Vurğulayıb ki, bu gün dünya xalqları Amerikanın insanlığa sığmayan sanksiyalarını qətiyyətlə pisləyirlər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün koronavirusla mübarizə və onun idarə olunması üzrə milli qərargahın iclasında koronavirusun dünyada yaratdığı dəyişikliklərə toxunub və belə deyib: Yeganə həyat yolunun regional və beynəlxalq ittifaqların olduğunu iddia edən ölkələr milli təmayül səmtinə gediblər və birliklər zəifləyiblər.

Ruhani bildirib ki, Amerikada müalicə üçün qara ilə ağ və yerli ilə qeyri-yerli arasında fərq qoyulur. O, sonra deyib: Hətta Avropa Birliyində də zahirdə bir-biriləri ilə dost olan ölkələr maska əldə etmək üstündə bir-biriləri ilə rəqabət aparırlar.

İran İslam Respublikasının prezidenti daha sonra İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsinin ilk etapında 78 milyon nəfərin dispanserləşdirildiyinə toxunub. O, sonra söyləyib: 2-ci etapda da indiyə kimi 30 milyon nəfər yoxlanıbdır ki, bu dispanserləşdirmə ilk etapdakından daha dəqiq və daha məqsədyönlüdür.

Xalqın koronavirusla mübarizə sahəsindəki həmkarlığı və müşayiətinə görə təşəkkür edən Ruhani deyib: Səhiyyə nazirliyinin bildirdiiyinə görə, bütövlükdə xalqın 83 faizindən çoxu ölkədə orta hesabla səhiyyə protokollarına riayət edibdir ki, bəzi şəhərlərdə bu göstərici 92 faizə də çatır.

İran İslam Respublikasının prezidenti həmçinin deyib: Ötən sutka ərzində xəstəxanalara müraciət edənlərin sayı olduqca azalıb və təqribən 300 nəfərə çatıbdır.

PANDEMİYA BEYNƏLXALQ SİYASƏTLƏRİ ŞÜBHƏ ALTINA ALIB

Teqlər