Amerikanın iranlı alimin həbsini davam etdirmək üçün heç bir əsası yoxdur
İranın BMT-dəki nümayəndəliyinin mətbuat müşaviri Amerika hökumətinin əsirliyində olan iranlı alim Sirus Əsgərinin hər cür ittihamdan bəraət qazandığını bildirib. Qeyd edib ki, Amerikanın iranlı alimin həbsini davam etdirmək üçün heç bir əsası yoxdur.
Əlireza Miryusefi öz şəxsi tvitter səhifəsində Nyu-York Tayms-ın amerikalı və iranlı məhbusların mübadiləsi üstündə müzakirə barədəki iddiasına reaksiyada bildirib ki, bu zaman kəsiyində mübadilə barədə hər cür güman, xam bir hərəkətdir.
Nyu-York Tayms öz son sayında iddia edibdir ki, İran və Amerika iki ölkə arasındakı gərginliklərə rəğmən, iki məhbusun mübadiləsi üçün müzakirə aparmaqdadırlar.
Mir Yusefi söyləyib: İran İslam Respublikası daim bildiribdir ki, səhvən Amerika tərəfindən və ya Amerikanın göstərişi ilə həbs olunmuş iranlıların hazırda İranda həbsdə olan və İranın milli təhlükəsizliyini pozduqlarına görə, məhkum edilən amerikalılarla əhatəli mübadiləsi haqda danışıqlara hazırdır.
59 yaşlı iranlı alim Sirus Əsgəri 2019-cu ilin noyabrında Ohayo universitetində universitet fəaliyyətləri ilə bağlı ticarət sirlərini oğurlamaq ittihamından bəraət qazanmışdı, lakin Amerikanın mühacirət və gömrük idarəsi ona İrana qayıtmaq icazəsi vermədi.
Qardian qəzeti də son zamanlar Sirus Əsgərinin koronavirusa yoluxmasından xəbər veribdir.
ABŞ-IN İRANLI ALİMİN HƏBSİNİ DAVAM ETDİRMƏYƏ ƏSASI YOXDUR