May 10, 2020 10:11 Asia/Baku
  • Tehranda corona virusla bağlı kütləvi müayinənin ikinci mərhələsi başlayır

Səhiyyə nazirinin müavini Əlirıza Rəisi Tehranda corona virusla bağlı kütləvi müayinənin ikinci mərhələsinin başladığını açıqladı.

SəhərAzəri-in yerli mənbələrə istinadən verdiyi məlumata görə Səhiyyə nazirinin müavini Əlirıza Rəisi, Tehranda corona virusla əlaqədar kütləvi müayinənin birinci mərhələsinin başa çatdığını və ikinci mərhələnin başlandığını açıqladı. Tehranda və ölkə daxilində aparılmış bu araşdırmanın rəhbəri, bəzi təyin olunmuş mərkəzlərdə ayaq üstü sınaqlar aparmaların məqsədinin korona virusu və ya bu hallarla təmasda olanları tapmaqdan ibarət oldiğunu bildirib. Rəisi Tehran kimi böyük şəhərlərdə ən vacib narahatlıqlardan birinin əhalinin sıxlığı və sosial məsafəyə riayət etməkdə çətinlik çəkdiyini ifadə edərək, vətəndaşlardan bir daha sağlamlıq protokollarına, xüsusən də sosial məsafələrə riayət etmələrini və evdə mümkün qədər qalmalarına diqqət yetirmələrini istədi.

Teqlər