May 10, 2020 18:21 Asia/Baku
  • İranda 86 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 86 min 143 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində 1383 yeni xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 107 min 603 nəfər koronavirusa yoluxub.

Cəhanpour həmçinin ötən sutka ərzində 51 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 6 min 640 nəfərə çatıbdır.

İRANDA 86 MİNDƏN ÇOX COVID-19 XƏSTƏSİ SAĞALIB

Teqlər