May 11, 2020 18:30 Asia/Baku
  • İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə başçı təyin olunub

İran İslam Respublikası prezidenti bir sərəncamda Hüseyn Müdərris Xiyabanini İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə başçı təyin edib.

SaharAzeri-nin verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani bu gün bir sərəncamda Hüseyn Müdərris Xiyabaniyə xitabən bildirib: Zalım sanksiyalar dövründə milli güc və izzətin yüksəlməsinə səbəb olacaq istehsalda sıçrayışa xüsusi diqqətlə, bazarın idarə edilməsi və əsas əmtəə mallarının təmin edilməsi üçün  təşkilat daxili koordinasiyanı gücləndirmək və müvafiq qurumlarla konstruktiv əməkdaşlıqla yanaşı, avtomobil qiymətini tənzimləmək,istehsal qarşısındakı maneələri aradan qaldırmaq, ölkə daxilindəki istehsalı inkişaf etdirmək,qeyri-neft ixracatı genişlədirmək və sahibkarlığı rövnəqləndirmək üçün təşəbbüs göstərilməsi təvəqe edilir. 

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani idi. 

Teqlər