May 16, 2020 10:24 Asia/Baku
  • Şəmxani ABŞ hökumətini tənqid edib

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Amerikanın hakii dairəsini etimadedilməz, faydasız və ləyaqətsiz adlandırıb.

SəhərAzəri xəbər verir Əli Şəmxani dünən gecə tvitter-də bildirib ki, ABŞ prezidenti Donald Tramp, dövlət katibi Mayk Pompeo və Amerika hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hook üçbucağı/ Amerikanın hakim dairəsi barədə elə bir görüntü yaradıblar ki, müttəfiqləri onu etimadedilməz, rəqibləri təhdid, vətəndaşları isə faydasız və ləyaqətsiz hesab edirlər.

Şəmxani sonra vurğulayıb ki, ağılsız VƏ faydasız bir hökumət yalnız təhdid mənşəyidir.

ABŞ hökumət rəsmiləri, o sıradan Tramp, Pompeo və Hokk nüvə anlaşmasından çıxdıqdan sonra İrana qarşı təzyiq tətbiq etmək üçün hərtərəfli bir kampaniyaya başlayıblar.

Belə bir halda, BMT-nin bu təşkilatın təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinin bir hissəsi olan İrana qarşı silah sanksiyalarının ləğvinin vaxtının yaxınlaşması ilə amerikalılar həmin sanksiyaların bitməsinin qarşısını almaq üçün öz səylərini ikiqat artırıblar.

Brayan Hook son zamanlar bildiribdir ki, Vaşinqton İrana qarşı silah sanksiyalarının uzadılması üçün hər bir metoda əl atacaq.

Amerika iki il bundan öncə rəsmən və təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinə məhəl qoymadan nüvə anlaşmasından çıxsa da yeni bir hüquqi şərhdə iddia edibdir ki, bu qətnamənin maddələrinə əsasən, hələ də nüvə anlaşmasının iştirakçılarından biridir və bu çərçivədə qeyd olunan mexanizmlərdən, o sıradan tətik mexanizmindən istifadə haqqı vardır.

Çinin BMT-dəki daimi nümayəndəliyi cümə axşamı günü vurğuladı ki, Amerika BMT Təhlükəsizlik Şurasının İrana qarşı silah sanksiyalarını uzada bilməz.

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov da cümə axşamı günü gecə Amerikanın, bu ölkənin nüvə anlaşmasında iştirak edən tərəflərdən biri olmasına dair iddiasını illüziya adlandırıb.

BMT Təhlükəsizlik Şurasının İrana silah satışı ilə bağlı qadağaları qarşı silah sanksiyaları təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinə əsasən, 2020-ci il oktyabrın 18-də götürüləcəkdir.

ABŞ prezidenti 2018-ci il mayın 8-də birtərəfli şəkildə Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü bildirdi.

Trampın bu hərəkəti daxili və beynəlxalq səviyyələrdə geniş şəkildə pislənildi.

Teqlər