Sionist rejimin məhv edilməsi yolu, vahid islam ümmətinin yaradılmasıdır
İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının sədri vahid İslam Ümmətinin yaradılmasını sionist rejimin və qəsbkar rejimlərin məhv edilməsi yolu adlandırıb.
SaharAzeri xəbər verir:İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının sədri höccətulislam vəlmuslimin Həmid Şəhriyari dünən axşam canlı şəkildə virtual mühit vasitəsilə yayılan Beynəlxalq Qüdsi-Şərif konfransının ikinci günündə deyib: Hər bir kəs bu vahid İslam Ümmətində İmam Xomeyni(r.ə)-ın ideyalarına tabe olaraq, təfriqələri kənara qoymalı və hamı yanaşı surətdə hərəkət etməlidir.
İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının sədri bildirib ki, Qüds günündə İslam Dünyası sionist rejim qarşısında dayanmalıdır. O, deyib: Sionist rejim koronavirus kimi olaraq, dünyanı məhv edir.
Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılıbdır.
Koronavirus pandemiyasına görə və səhiyyə protokollarına tam şəkildə riayət edilməsi məqsədilə builki Ümumdünya Qüds günü tədbirləri ötən illərdəki tədbirlərdən fərqli şəkildə müxtəlif ölkələrdə keçiriləcəkdir.
SİONİST REJİMİN MƏHV EDİLMƏSİ YOLU