Dünya mediasinda;
İslam İnqilabının böyük rəhbərinin bəyanatı geniş rezonans doğurub
İslam İnqilabının böyük rəhbərinin Ümumdünya Qüds Günü münasibətilə etdiyi çıxışı xarici medialarda böyük rezonans doğurub.
SəhərAzəri - "Frans press" xəbər agentliyi təcili bir xəbərdə İslam İnqilabının böyük rəhbərinin Qüds günündəki çıxışına işarə edərək, o həzrətə istinadla deyib: " Fələstinin azadlığı üçün mübarizə, fisəbilillah cihadı və islami tələb və fərizədir".
"Yerusəlim Post" qəzeti də o həzrətin müqavimətin əhəmiyyəti barədə bəyanatının bəzi hissələrinə işarə edərək, yazıb: "Həzrət Ayətullah Xameneyi İslam İnqilabının tulu etməsinin Fələstin uğrunda mübarizədə yeni bir fəsil açdığını, müqavimət cəbhəsinin meydana gəlməsilə sionist rejimin işinin çətin və daha çətin oldunu və əlbəttə gələcəkdə daha da çətinləşəcəyini vurğulayıb".
İslam İnqilabının böyük rəhbərinin Ümumdünya Qüds günündə etdiyi çıxışı Rusiya mediasında da geniş əks-səda doğurub. Bu mediaların reportajlarında İran rəhbərinin sözlərinə istinadla deyilir: "Sionist rejimin məhv edilməsi o deməkdir ki, müsəlmanlar, xristianlar və yəhudilər öz hökumətlərini özləri seçməlidirlər".
Sputnik Xəbər Agentliyi yazır; "Son illərdə İran və dünyanın bütün xalqları Qüds günündə yürüşlər keçirərdilər. Lakin bu il koronavirusun yayılması səbəbindən bu yürüşlər ləğv edilib.
İspaniya mediası da müxtəlif reportajlarda İslam İngilabının böyük rəhbərinin bəyanatını işıqlandıraraq, o həzrətə istinadla, yazırb; "İranın lideri İsrail rejimini koronavirusa bənzətdi və onun məhv edilməsinə çağırdı".
"El Periodiko" qəzeti bir reportajda bildirmişdir ki, Ayətullah Xamenei bu çıxışda müqavimətin məqsədinin bütün Fələstin torpaqlarının azad edilməsi və bütün fələstinlilərin öz ölkələrinə geri dönməsi olduğunu vurğulayıb.
İspaniyanın "A.B.S" qəzeti də özünün " uzun müddətdir davam edən sionist virusu yox olacaq" başlıqlı xəbərində yazır; Cümə günü Ayətullah Xamenei fələstinliləri İsrailə qarşı üsyanı davam etdirməyə çağırdı və İsrail hökumətini fələstinlilərin azadlığına qovuşana qədər mübarizə aparılmalı olduqları "törəmə" adlandırdı".
Malayziyanın "Malay Mail" qəzeti də bir reportajda İslam İnqilabının böyük rəhbərinin Ümumdünya Qüds Günündəki bəyanatını işıqlandıraraq, yazır; "Həzrət Ayətullah Xamenei İsraili Asiyanın qərbində bəd xassəli şiş adlandırdı və fələstin vətəndaşlarını ona qarşı mübarizəni davam etdirməyə çağırdı".
Hindistan qəzetləri və KİV-ləri, o cümlədən "Tayms of İndiya" Niyus 18" və "Mani Kontrol" öz reportajlarında İslam İnqilabının böyük rəhbərinin Qüds günündəki bəyanatını geniş şəkildə işıqlandırıblar.
Həmçinin İslam İnqilabının böyük rəhbərinin bəyanatı Çin, Almaniya, Livan, Fələstin, Əfqanıstan, Türkiyə, İraq və digər ölkələrdə də əks olunub.