İranda zəlzələ
https://azeri.sahartv.ir/news/İran-i362180-İranda_zəlzələ
5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2020 09:15 Asia/Baku
  • İranda zəlzələ

5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də qeydə alınıb.

İranda növbəti dəfə zəlzələ baş verib.

SəhərAzəri xəbər verir, Bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.