May 25, 2020 13:48 Asia/Baku
  • Ziyarətgahlar yenidən açılıb

Nurlu Rəzəvi hərəminin yenidən açılmasının şükretmə mərasimi xütbəoxuma və pak hərəmin günbəzinin bayrağının dəyişdirilməsi ilə həyata keçirilib.

SəhərAzəri xəbər verir, Pak Rəzəvi hərəminin səhnlərinin qapılarının açılışı üzrə şükretmə mərasimi bu nurlu ziyarətgahın xüddamlarının, həmçinin sağlamlıq müdafiəçilərindən bir qrupunun iştirakı və böyük təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarim Şirazinin müraciətinin yayılması ilə keçirilib.

Ayətullah Məkarim Şirazi bu mərasimdə bir video-müraciətdə həmin əzəmətli mərasimi keçirdiyinə görə, Astane Qodse Rəzəvinin məsul şəxsinə təşəkkür edərək, pak ziyarətgahların qapılarının yenidən açılmasına şəraitin yaradılması istiqamətində göstərilən səyləri yüksək dəyərləndirib. O, deyib: Unudulmamalı olan məsələlərdən biri budur ki, əhali bütün lazımi səhiyyə ehtiyatlarına riayət edərək, ziyarətə getməli və lazımi minimumlara riayət etməlidir ki, başqaları da Rəzəvi hərəminin mühitindən bəhrələnmiş olsunlar.

Bu mərasimin davamında Əhli-Beyt(ə) məddahlarından biri mədhiyyəçilik və İmam Əli ibn Musa Əl-Rza(ə)-ın fəzilətlərini bəyan edibdir.

Sonra xütbəxanlıq mərasimi keçirilib.

Astane Qodse Rəzəvinin məsul şəxsinin çıxışı və pak hərəmin qapılarının yenidən açılmasının müjdəsi kimi xüsusi şadlıq mərasimi, nurlu günbəzin bayrağının dəyişdirilməsi, həmçinin sağlamlıq müdafiəçiləri şəhidləri və koronavirusla mübarizə üzrə tibb kadrından olan şəhidlərin ailələrinə minnətdarlıq bu mərasimin digər tədbirlərindən olubdur.

İmam Rza(ə)-ın əziz bacısı Həzrət Fatimeyi Məsumə(s.ə)-nın Qum şəhərində yerləşən hərəminin qapıları da bu gün səhər İranda koronavirusla milli mübarizə qərargahının göstərişi ilə yenidən açılıbdır.

Bu müqəddəs məkanlarda iştirak və ziyarət səhiyyə protokolları və qaydalarına riayətlə yanaşı olubdur.

Teqlər