May 25, 2020 14:13 Asia/Baku
  • Müqavimət qüvvələrini böyük qələbə gözləyir

İran İslam Respublikası quruluşunun məsləhət şurasının katibi bildirib ki, sionist rejim günü-gündən kiçikləşib, zəifləyir. Deyib ki, müqavimət qüvvələrini böyük qələbə gözləyir.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası quruluşunun məsləhət şurasının katibi Mohsen Rezayi Livanın Əlnur radiosu ilə müsahibədə Livanın hökuməti və xalqını, həmçinin bütün müqavimət qüvvələrini Livanın cənubunun azad edilməsinin ildönümü münasibətilə təbrik edib. Qeyd edib ki, bu gün, əslində ərəb və İslam dünyasında tarixyaradan gün olubdur.

Rezayi sonra deyib: Livan öz qüvvələrinin gücü və iradəsi ilə sionist rejimi məğlub edə və bu rejim qarşısında ilk müvəffəq və qalib ərəb ölkəsi kimi özünü tarixdə qeydə aldıra bildi.

İran İslam Respublikası quruluşunun məsləhət şurasının katibi sonra bəzi region ölkələrinin sionist rejimlə münasibətləri adiləşdirmək üzrə səylərinə işarə edib və belə deyib: Bu biabırçı səylər İslam Dünyası ölkələrinə göstərdi ki, dünənədək arxadan xəncər vuran hökumətlər indi gəlib, həyasızcasına qəsbkar sionist rejimlə həmkarlıqlarını nümayiş etdirmək istəyirlər.

Rezayi bildirib ki, sionist rejim əriməkdə və çökməkdədir. O, belə qeyd edib: Sionist rejimin məğlubiyyəti və məhvi/ baş verəcək böyük bir beynəlxalq hadisədir və müqavimət qüvvələri o böyük qələbə üçün səbir və təmkinliliyə malik olmalı və öz mübarizələrini şiddətləndirməlidirlər.

Sionist rejim 2000-ci il mayın 25-də hərbi imkanlara malik olsa da Livanın müqavimət qüvvələri qarşısında təslim olaraq, Livanın cənubundan qaçmağa məcbur oldu.

Livan xalqı hər il sionist rejimin sonuncu hərbçisinin Livanın cənubundan qaçmasının ildönümü gününü müqavimət və qələbə günü kimi bayram edir.

Teqlər