May 29, 2020 11:51 Asia/Baku
  • İsfahanın İmam meydanı dünyada mədəni irs kimi qeydə alınıb

İsfahanın İmam meydanı bir tədqiqat layihəsi formasında dünyada mədəni irs kimi qeydə alınıb və təqdim olunubdur ki, ondan ən yaxşı tərzdə istifadə üçün daha artıq sərmayənin cəzb olunmasına zəmin yaranmış olsun.

SəhərAzəri xəbər verir,İsfahan Universitetinin beynəlxalq elmi əməkdaşlıqlar şöbəsinin müdiri Seyyed Kəmal Təyyebi bu gün vurğulayıb: İsfahanın İmam meydanı irs, şəhər, tarix və iqtisadiyyat cəhətdən özünəməxsus özəlliklərə əsasən, Avropa Birliyi tərəfindən həyata keçirilən tədqiqat layihəsində beynəlxalq təşkilatlara təqdim olunmaq üçün mədəni irs sərvəti kimi seçilibdir.

Təyyebi bildirib ki, bu araşdırma layihəsi Avropa Birliyinin “Üfüq-2020” superproyekti formasında dünyanın əsas şəhərlərinin mədəni irslərindən yeni istifadələrin tərif edilməsi istiqamətində investisiya cəzbi halqası adı altında icra olunub. O, sonra deyib: Son zamanlar İsfahanın İmam meydanı mədəni irs maliyyəsi kimi bu araşdırma layihəsində Avropa Birliyi tərəfindən təqdim olunaraq, qeydə alınıbdır.

“Üfüq-2020”nin icrasına bir tədqiqat layihəsi kimi 2016-cı ildən Avropa Birliyi tərəfindən başlanıbdır. Stabil inkişaf, ekologiya, təmiz eneji və mədəni irs sahələrini əhatə edən bu layihənin icrasında dünyanın müxtəlif universitet və institutları həmkarlıq ediblər.

Teqlər

Şərhlər