May 30, 2020 19:47 Asia/Baku
  • İranda təxminən 117 min koronavirus xəstəsi sağalıb

İranın Səhiyyə, Müalicə və Tibbi təhsil Nazirliyi indiyə kimi İranda 116 min 827 koronavirus xəstəsinin sağalaraq, evə buraxıldığını elan edib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kianuş Cahanpur şənbə günü jurnalistlərə koronavirus daşıyıcılarının son statistikası ilə bağlı açıqlamasında bildirib ki, son sutkada 2 min 282 koronavirusa yeni yoluxma halı qeydə alınıb.

K.Cahanpurun sözlərinə görə, koronavirusa yeni yoluxanlardan 435 nəfəri xəstəxanaya yerləşdirilib, 847 xəstə isə ambulator müalicə alaraq, evə buraxılıb və COVİD-19 xəstələrinin ümumi sayı 148 min 950 nərfərə çatıbdır.

Son 24 saat ərzində 57 xəstənin vəfat etdiyinə işarə edən İranın Səhiyyə Nazirliyinin informasiya və ictimai əlaqələr mərkəzinin rəhbəri koronavirus qurbanlarının sayının 7 min 734 nəfərə çatdığını bildirib.

Dünyada isə koronavirusa yoluxanların sayı 6 mini ötübdür, onlardan ən azı 367 min nəfər həyatını itirib və təxminən 2 milyon 673 min nəfər də sağalaraq, xəsrtəxanalardan evə buraxılıb.

Teqlər

Şərhlər