Məhəmməd Cavad Zərif:
“Dünyanın irqçiliyə qarşı birləşməsinin tam zamanıdır”
May 30, 2020 22:57 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri afroamerikalı Corc Floydun qətlə yetirilməsinə reaksiya verib.
SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif Tvitter hesabında ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfundən öldürülməsi cinayətinə işarə edərək yazıb; “Dünyanın irqçiliyə qarşı birləşməsinin tam zamanıdır”
İran xarici işlər naziri həmçinin maraqlı bir hərəkətdə ABŞ dövlət katibi Mayk Pompeo-nun İranda baş vermiş 2018-ci il iyun iğtişaşları barədəki yazısında diqqəti cəlb edən düzəlişlər apararq onu paylaşıb.
Qeyd edək ki; ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfundən öldürülməsinin ardınca baş tutan sərt etiraz nümayişləri geniş vüsət alıb.