May 31, 2020 12:59 Asia/Baku
  • Braziliyada yaşayan venesuelalıların iranlılara təşəkkürü

İranın ABŞ-ın hədələrinə rəğmən Venesuelaya yanacaq tədarükünün ardınca , Braziliyada yaşayan Venesuela vətəndaşları İran İslam Respublikasının ölkələrinə yardımlarını yüksək dəyərləndiriblər.

SaharAzeriİRİB-nin məlumatına görə, Braziliyada yaşayan bir qrup Venesuela vətəndaşı İranın Braziliyadakı səfirliyi qarşısında toplaşaraq, "Yaşasın İran", "Süleymaniyə salam olsun", "Çavezə salam olsun", "Fidelə salam olsun" şarları səsləndirib və İran İslam Respublikasına ölkələrinə göstərdiyi dəstəyə görə, mənnətdarlıqlarını bildiriblər.

İran İslam Respublikası ABŞ-ın hədələrinə rəğmən, Benzin yanacağı daşıyan beş tankeri Cəbəlüt-Tariq və açıq sular vasitəsilə Venesuelaya göndərib. Son günlərdə sözü gedən tankerlər bir-birinin ardınca bu ölkənin limanlarında yan alıblar.

ABŞ son aylarda Venesuelanın qanuni və anti-Amerika təmayüllü hökumətini, hədələmək, sanksiya tətbiqi, iqtisadi təzyiq və blokada yolu ilə devirməyə çalışıb. Lakin buna nail ola bilməyib. 

Teqlər

Şərhlər