İyun 02, 2020 08:39 Asia/Baku
  • Amerikanın tənəzzülünün nişanələri daha artıq üzə çıxıbdır

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi dünən gecə tvitter-də ABŞ polisi tərəfindən bir afroamerikalının faciəli surətdə qətlə yetirilməsinin ardınca meydana çıxan Amerikadakı hazırkı etirazlara, eləcə də bu ölkənin prezidenti Donald Trampın etiraz edən Amerika xalqının qorxusundan Ağ Ev-in zirzəmisinə qaçmasına işarə edib. Vurğulayıb ki, bu hadisələr böyük şeytanın tənəzzül etməsindən daha artıq nişanələri nümayiş etdiribdir.

SaharAzeri xəbər verir, Əli Şəmxani həmçinin ABŞ-ın təhdidlərinə rəğmən, İranın benzin daşıyan beş tankerinin Venesuelaya göndərilməsinə toxunub və belə qeyd edib: Amerikanın fövqəlgüclük iddiası və Karaib dənizində İran tankerlərinin iştirakı ilə bağlı sanksiya, terror və militarizmlə təhdid etməsi puça çıxdı.

İran İslam Respublikası son zamanlar Amerikanın iqtisadi sanksiyaları altında olan Venesuelanın hökuməti və xalqına dəstək istiqamətində bu ölkəyə doğru beş ədəd tanker göndərdi.

İndiyədək İranın Fortune, Forst, Petoniya və Fekson tankerləri Venesuela sahillərinə çataraq, öz yüklərini bu ölkənin limanlarında boşaldıblar.

 

 

Teqlər