İyun 02, 2020 12:12 Asia/Baku
  • Sabah İnqilab Rəhbərinin çıxışı televiziya və sosiyal şəbəkələrdən canlı yayımlanacaq

Xatırladırıq ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei iyunun üçündə Həzrət İmam Xomeyni(r.ə)-in vəfatının 31-ci ildönümü münasibətilə canlı bir televiziya çıxışında İran xalqı ilə söhbət edəcəklər.

SəhərAzəri xəbər verir, Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Yayılması Ofisinin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı Tehran vaxtı ilə çərşənbə günü səhər saat on birdə KHAMENEI.IR saytından, instaqramdan, tvitterdən və daxili radio və televiziya kanallarından canlı surətdə yayımlanacaq.

Hər il Həzrət Ayətullahuluzma Xameneinin çıxışı ilə İmam Xomeyni(r.ə)-in pak hərəmində keçirilən İran İslam Respublikasının banisinin vəfatının ildönümü mərasimi ölkənin koronavirusla milli mübarizə qərargahının toplantıların keçirilməməsinə dair səhiyyə sərəncamlarına əsasən, bu il pak hərəmdə keçirilməyəcəkdir.

Çərşənbə, 1399-cu günəş ili xordad ayının 14-ü, iyunun üçü Həzrət İmam Xomeyni(r.ə)-in vəfatının 31-ci ildönümünə təsadüf edir.

Teqlər

Şərhlər