İyun 03, 2020 13:20 Asia/Baku
  • İmam Xomeyni(r.ə.) fövqəlgüclərin iradəsini sındırdı və onları təhqir etdi

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, İmam Xomeyni(r.ə.) və onun məsul işçiləri fövqəlgücləri məğlub etdilər. O, həzrət vurğulayıblar ki, İmam Xomeyni(r.ə.) sübut etdi ki, fövqəlgüclər zərbə alan və məlubediləndirlər.

SəhərAzəri xəbər verir,İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İran İslam Respublikasının böyük banisi Həzrət İmam Xomeyni(r.ə)-in vəfatımın 31-ci ildönümü günü münasibətilə etdikləri canlı televiziya çıxışlarında dünya qüdrətləri və fövqəlgüclərinə baxışda dəyişikliyi/ İmam Xomeyni(r.ə)-in addımlarından adlandırıb və belə deyiblər: O zaman heç kəsin ağlına belə gəlməzdi ki, Amerikanın iradəsinin əksinə olaraq bir iş görmək olar. Amma İmam Xomeyni(r.ə.) elə bir iş gördü ki, Amerika prezidentlərinin özləri dedilər ki, o, bizi təhqir etdi.

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, İmam Xomeyni(r.ə.) sözün əsl mənasında İran xalqında dəyişiklik yaratdı. O həzrət vurğulayıb: İmam Xomeyni(r.ə.) İran xalqındakı təhqir hissini özünəinama və izzətə çevrdi.

Həzrət Ayətullahuluzma Xamenei belə qeyd ediblər: İslami hərəkatdan öncə İran xalqının öz əsas məsələləri ilə işi yox idi və başı öz şəxsi məsələlərinə qərq olmuşdu. Amma tələb meydanına girməyi, özü də böyük və mühüm məsələlərin tələb olunmasını İmam Xomeyni(r.ə.) yaratdı və elə bu məyus və susan xalqı tələbkar bir xalqa çevirdi.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İmam Xomeyni(r.ə.) dəyişiklik istəyən və dəyişiklik yaradan bir insan idi. O həzrət əlavə ediblər: Əgər xalqın bir qrupunun ozamankı aparatdan bir tələbi vari idisə, o da bir küçənin asfalt edilməsi həddində idi. Amma İmam Xomeyni(r.ə.) xalqı istiqlaliyyətə, azadlığa və ya «nə şərq, nə qərb!»ə yüksəltdi.

İMAM XOMEYNİ(R.Ə.) FÖVQƏLGÜCLƏRİN İRADƏSİNİ SINDIRDI (VİDEO)

Teqlər

Şərhlər