İyun 03, 2020 15:16 Asia/Baku
  • İranda 125 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 125 min 206 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində 3134 yeni yoluxmuş xəstənin aşkar edildiyini bildirib.

Cəhanpour sonra deyib: Yeni yoluxanlar arasından 493 nəfər xəstəxanaya yatırılıb və iki min 641 nəfər isə ambulator şəkildə müalicə olunub və bütövlükdə İranda koronavirusa yoluxanların sayı 160 min 696 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 70 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 8 min 12 nəfərə çatıbdır.

Cəhanpour həmçinin qeyd edibdir ki, indiyədək İranda təqribən bir milyon COVID-19 testi həyata keçirilib.

Dünyada koronavirusa yoluxanların sayı da 6 milyon 470 min nəfəri ötüb keçibdir. Onlardan azı 383 min nəfər həyatını itirib, 3 milyon 80 min nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər

Şərhlər