İyun 04, 2020 08:48 Asia/Baku
  • İrandan İraqa elektrik ixracatı haqda 2 illik müqavilə imzalanıb

İranın energetika naziri dünən gecə İrandan İraqa elektrik ixracatı haqda 2 illik müqavilənin imzalanmasından xəbər verib.

SaharAzeri xəbər verir, Rza Ərdəkaniyan çərşənbə günü Bağada olmuş səfərinin nailiyyətlərini şərh edərkən deyib: İrandan İraqa elektrik ixracatı haqdakı bütün müqavilələr bundan öncəyədək birillik olub, amma bu səfərdə yekun müzakirələr aparılıb və İraqın energetika nazirliyi ilə 2020 və 2021-ci illər üçün İrandan İraqa elektrik ixracatı haqda 2 illik müqavilə imzalanıb.

Ərdəkaniyan həmçinin belə qeyd edib: İranın İraqdakı nümayəndəliyinin fəaliyyətləri nəticəsində bu səfərdə təqribən 400 milyon dollar, yəni İranın elektrik tələblərinin yarısı İraq tərəfindən bank hesabına köçürülüb.

İranın energetika naziri dünən Tehran-Bağdad əlaqələrinin möhkəmləndirilməsi və enerji sahəsindəki əməkdaşlıqların genişləndirilməsi məqsədilə İraqa səfər etdi.

Ərdəkaniyan bu səfərdə öz iraqlı həmkarı Macid Mehdi Həntuşla görüşdən əlavə, bu ölkənin yüksək vəzifəli rəsmiləri, o cümlədən İraqın prezidenti, baş naziri, maliyyə naziri, həmçinin İraqın mərkəzi bankı və ticarət bankının müdirləri ilə görüşübdür.

Ərdəkaniyanın bildirdiyinə görə, həmin görüşlərdə həm keçmiş razılaşmalar, həm də İraqın elektrik sənayesinin bərpası üçün İranın özəl sektoru tərəfindən öncədən hazırlanmış üçillik həmkarlıq proqramı nəzərdən keçirilib.

Bu görüşlərdə qərara alınıbdır ki, İraqın elektrik təchizatları və avadanlıqlarının təmiri və bərpası, həmçinin elektrik şəbəkəsində itkilərin azaldılması sahəsində iki mühüm müqavilə imzalamaq üçün İranın özəl sektorunun texniki və ixtisas heyətləri gələn həftə Bağdada səfər etsinlər.

 

 

Teqlər