İranda koronavirusun ən son statistikası açıqlanıb; virus daşıyıcılarından 134 min nəfər sağalıb
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib ki, İranda 2 mindən çox insanda koronavirus aşkarlanıb və 134 mindən çox xəstə isə sağalıb.
SaharAzeri xəbər verir, Kiyanuş Cahanpur bazar günü iyunun 7-i verdiyi açıqlamada bildirib ki, İranda son 24 saat ərzində qəti diaqnostika meyarlarına əsasən, 2 min 364 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb, onlardan 648 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.
İranda ümumilikdə 171 min 789 nəfərin COVİD-19-a yoluxmasını qeyd edən Kiyanuş Cahanpur əlavə edib: "Son sutkada koronavirusdan 72 nəfər həyatını itirib və beləliklə bu virus qurbanlarının sayı 8 min 291 nəfərə çatıb.
İranın Səhiyyə Nazirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri indiyədək 134 min 349 xəstənin sağalaraq, evə buraxıldığını xatırladıb.