Fransa nüvə sazişinə tam riayət olunmasını tələb edib
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin nüvə sazişinə tam sadiq olduğunu iddia edərək, həmin razılaşmanın nüvə silahlarının yayılmaması müqaviləsinin strukturunun vacib hissəsi adlandırıb.
SəhərAzəri - Tasnim Xəbər Agentliyinin verdiyi məlumata görə, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Agnes van der Moel, bazar ertəsi günü bir mətbuat konfransında ölkəsinin nüvə anlaşmasına tam sadiq qaldığını söyləyib.
Ölkəsi digər Avropa birliyinə üzv ölkələr ilə bərabər nüvə sazişi çərçivəsindəki öhdəliklərini yerinə yetirməmiş Fransa Xarici İşlər Nazirliyinin sözçüsü, jurnalistlərə verdiyi müsahibədə iddia etib: “Razılaşmaya əməl edəcəyik ki, nüvə silahlarının yayılmaması müqaviləsi strukturunun vacib hissəsi olan nüvə sazişinə sadiq qalacağlq. Bu razılaşma İranın nüvə proqramının dinc qalmasını təmin etməyin yeganə mümkün yoludur.”
Fransa rəsmisi İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməyə çağıraraq, İranın nüvə öhdəliklərini yerinə yetirməməsini tənqid edib. Bu elə bir haldadır ki; İran ötən il Avropa ölkələrinin nevə sazişi tələbatını yerinə yetirməməmsinə cavab olaraq, öz öhdəliklərini tənzimləmək qərarina gəldi.
İran Ali Milli Təhlükəsizlik Şurası, Avropa ölkələrinin verdiyi vədləri yerinə yetirməsindəki nöqsanlara cavab olaraq 7 May 2019 Çərşənbə günü yaydığı bir bəyanatda elan etdi ki, İran İslam Respublikası öz təhlükəsizliyi və milli maraqlarını təmin etmək naminə və nüvə sazişinin 26 və 36-cı bəndlərində göstərilən hüquqlarını qorumaq üçün nüvə sazişi çərçivəsindəki bəzi öhdəliklərini mərhələli şəkildə dayandıracaq.