Sərdar Süleymaninin getdiyi istiqaməti ifşa edən şəxsə edam hökmü çıxarılıb
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymaninin şəhadəti ilə əlaqədar bir nəfər həbs olunub.
SaharAzeri Farsnews-a istinadla xəbər verir,bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Həbs olunan Seyid Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyibmiş. O, pul alaraq şəhid Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə xarici xəfiyyə orqanlarina ötürüb. Onun haqqında edam hökmü təsdiq olunub”, - deyə Q. İsmaili vurğulayıb.
Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanında raket hücumu nəticəsində, SEPAH-ın “Qüds” briqadasının komandanı general Qasim Süleymani və İraq Xalq Səfərbər Qüvvələrinin komandani Əbu Mehdi əl-Mühəndis şəhid ediliblər.