Rusiya ABŞ-ın İrana qarşı silah sanksiyasını uzatmağa çalışmasını pisləyib
Rusiya Amerikanın İrana qarşı təzyiq kampaniyasını “siyasi stimul”lu adlandırıb və dünya xalqlarından istəyibdir ki, Vaşinqtonun İrana qarşı silah sanksiyasını uzatmaq səyini pisləsinlər.
SaharAzeri xəbər verir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quterreşə, həmçinin təhlükəsizlik şurasının üzvlərinə ünvanladığı məktubda bildirib ki, Amerika birtəfəli surətdə İranla nüvə anlaşmasından çıxıbdır.
Lavrov sonra vurğulayıb: Amerika hazırda İrana qarşı silah sanksiyasının davam etməsi üçün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsindən istifadə etmək istiqamətində səy istiqamətində heç bir qanuni haqqa malik deyildir.
Rusiyanın xarici işlər naziri vurğulayıb: ABŞ dövlət departamenti bildiribdir ki, Donald Tramp hökuməti nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirmək niyyətində deyil və təkcə 2231 saylı qətnamədəki hüquqlarından istifadə etmək istəyir. Bu da çox gülünc və məsuliyyətsiz bir hərəkətdir.
Bu rus rəsmi söyləyib ki, Moskva İrana qarşı silah sanksiyasının qeyri-məhdud şəkildə davam etməsilə ciddi şəkildə müxalifdir. Lavrov vurğulayıb ki, BMT Amerikadakı siyasi vəziyyətin girovu olmamalıdır.