İranda 138 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 138 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
SaharAzeri xəbər verir, Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə 2 min 95 yeni xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, 901 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 175 min 927 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 74 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 8 min 425 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin sözçüsü qeyd edib ki, indiyədək 138 min 457 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Bu məlumata görə, bu günədək İranda təqribən bir milyon 130 min nəfərdən COVID-19 testi alınıbdır.