İyun 12, 2020 08:50 Asia/Baku
  • COVID-19-la bağlı 72 milyon iranlı dispanserləşdirilib

İranda koronavirus üzrə milli qərargahın koordinator müdiri ölkədə xəstəliklərin üzə çıxarılması və koronavirusla mübarizə layihəsində 72 milyon nəfərin dispanserləşdirilməsindən xəbər verib.

SaharAzeri xəbər verir, Nosrətollah Fəttahiyan dünən bildirib ki, İranın səhiyyə nazirliyi səhiyyə mərkəzləri və ölkənin silahlı qüvvələrinin həmkarlığı ilə 2 ay müddətində 72 milyon iranlını dispanserləşdirib. O, qeyd edib ki, bu misilsiz addım Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətəndirilibdir.

İran dövlətinin profilaktik və müalicə addımları ilə bir zamanda, koronavirusa yoluxanlarla təmasda olan şəxslərin vaxtındanqabaq diaqnozu prosesi, xəstələrin karantinə alınmaları və yoluxan şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin müşayiəti ilə həyata keçirilməkdədir.

Teqlər