İranda təqribən 145 min COVID-19 xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 145 min COVID-19 xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Sima Sadat Lari İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan iki min 369 yeni xəstə aşkar edilib.
İranda koronavirusa yoluxanların ümumi sayının 182 min 545 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 75 nəfər həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı 8 min 659 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin sözçüsü sonra belə qeyd edib: İndiyədək İranda koronavirusa yoluxanlardan 144 min 649 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Bu məlumata görə, indiyədək İranda COVID-19-un diaqnozu üzrə təqribən bir milyon 200 min test alınıb.