İyun 12, 2020 21:34 Asia/Baku
  • İran BMT Katibliyinin son iddialarını rədd etdi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, BMT Katibliyinin son iddialarını təkzib edən bir açıqlama yaydı.

SəhərAzəri xəbər verir, Açıqlamada deyilir: "İran İslam Respublikası, ABŞ və Səudiyyə rejimlərinin siyasi təzyiqləri altında elan edilən BMT Katibliyinin iddialarını rədd edir və BMT Katibliyindən siyasi məqsədlər istiqamətində istifadə edilməsindən dərin narahatlığını ifadə edir.”

Açıqlamada əlavə olunaraq bildirilir: “Katiblik, 2231 saylı qətnamə ilə bağlı qeyri-adi şərhlərə əsaslanaraq bu günə qədər Birləşmiş Ştatlar və Avropa ölkələri tərəfindən Nüvə Sazişini çoxsaylı pozuntuları barədə hər cür reaksiyadan çəkinib, Hətta ABŞ-ın 2231 saylı qətnamənin açıq pozulması anlamında olan nüvə sazişindən çıxmasını dözümlülük və güzəştlə qarşıladığı bir halda, 2231 saylı Qətnamənin müddəalarına uyğun olaraq onunla bağlı heç bir səlahiyyəti olmayan bir mövzuya qarışır və onunla bağlı dırnaq arası hesabat hazırlayır.

Hökumətləri qondarma və saxta qaydalarla ittihamlandırmaq təhlükəli bir bidətdir və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmazdır. Bu cür hazırlanmış proseslər Birləşmiş Millətlər Təşkilatının etibarına ciddi xələl gətirəcəkdir. Siyasi motivlərlə hesabat hazırlamaq faktları dəyişdirmir və hamıya aydındır ki, bölgədəki mövcud gərgin vəziyyət ABŞ və uşaq öldürən Səudiyyə Ərəbistanı rejiminin səhv siyasətinin birbaşa nəticəsidir. Necə olur ki Yəmənin müdafiəsiz insanlarına qarşı istifadə edilən ölümcül silahların Səudiyyə Ərəbistanına satılmasına diqqət yetirilmir, Lakin ABŞ-ın əsassız iddialarına dair sübut tapmaq üçün tədqiqat qrupları Səudiyyə tullantılarının axtarışı üçün bölgəyə göndərilir? Şübhəsiz ki, bu cür hesabatlar bölgədəki sülh və təhlükəsizliyə və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına təkan verməyəcək, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının etibarını və nüfuzunu tamamilə məhv edəcəkdir.

İran İslam Respublikası, Birləşmiş Millətlər Təşkilatının Katibliyinə tövsiyə edir, ABŞ-ın, İranın silah məhdudiyyətlərinin qaldırılmasının qarşısını almaq üçün əvvəlcədən planlaşdırılan ssenarisinin istiqamətində hərəkətə keçməsin, və heç bir əsası olmayan hesabatları hazırlayaraq bu təhlükəli prosesə kömək etməsin. Birləşmiş Ştatların özü Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin ən böyük pozucusudur və heç kim bu ölkəyə geniş beynəlxalq qanun pozuntularından bəraət qazandıra biməz.”

 

 

 

 

 

 

 

 

 

 

Teqlər