İyun 13, 2020 14:51 Asia/Baku
  • İran istehsalı təqribən 12 faizlik inkişafa malik olubdur

İran İslam Respublikasının prezidenti deyib ki, ötən iki ay ərzində İranın sənaye, kənd təsərrüfatı və xidmət sahələri üzrə istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə on-on iki faizlik inkişafa malik olubdur.

SaharAzeri xəbər verir, İran İslam Respublikasının prezidenti Həsən Ruhani şənbə günü koronavirusla milli mübarizə qərargahının iclasında bildirib ki, ölkə istehsalı hərəkət etməkdə, İran ixracatı isə yaxşı bir nöqtədə yerləşməkdədir. O, sonra deyib: Koronavirusun dünya üçün gətirdiyi problemlərə rəğmən, İran bu təhdidi fürsətə çevirə bildi.

Ruhani həmçinin koronavirusun qeyri-neft ixracatına olan təsirinə də toxunub. Bildirib ki, son iki həftə ərzində İranın qərb, şərq, cənub və şimal qonşuları ilə bir çox darvazaları açılıb və qeyri-neft ixracatı artıbdır.

Koronavirusla mübarizə üçün ölkədəki bütün sektorların özlərinin bütün imkanlarından istifadə etdiklərini nəzərə çatdıran İran prezidenti söyləyib: İşsizlik sığortasına şamil olan və ötən üç ayda koronavirusa görə, zərər çəkən şəxslərə aylıq yardım bu gündən etibarən həyata keçirilir.

Ruhani həmçinin səhiyyə protokollarına riayətə təkid edib. Bildirib ki, müqavimət və birlik-lə problemləri üstələmək olar.

İran səhiyyə nazirliyinin rəsmi statistikasına əsasən, indiyədək ölkədə 182 min 545 nəfər koronavirusa yoluxub. Onlardan 144 min 649 nəfər sağalaraq, xəstəxanalardan evə buraxılıbdır.

 

 

Teqlər