İyun 18, 2020 14:16 Asia/Baku
  • İran ordusunun yeni müvəffəqiyyəti

İran İslam Respublikası ordusunun dəniz qüvvələri Oman dənizi və Hind okeanının şimal hüdudlarında İranın müdafiə nazirliyinin məhsulları olan uzaq və qısa mənzilli dəniz Kruz raketlərinin uğurlu atışını həyata keçiriblər.

SaharAzeri xəbər verir, İran İslam Respublikası ordusunun dəniz qüvvələri bu gün səhər uzaq mənzilli dəniz Kruz raketləri ilə su səthi üzrə döyüş təlim-məşqində 80 və 200 kilometrlik məsafələrdə nəzərdə tutulan hədəfləri məhv ediblər. Bu raketlərin mənzilləri artırılmaq qabiliyyətinə malikdir.

Həmçinin bu təlim-məşqdə uzaq və qısa mənzilli quru-dəniz və dəniz-dəniz tipli raketlər eyni vaxtda sahildən və İran İslam Respublikası ordusunun dəniz qüvvələri gəmilərinin göyərtələrindən uğurla atılıb və təyin olunmuş hədəfləri olduqca böyük dəqiqliklə hədəfə alıblar.

Bu təlim-məşqdə atılan raketlər ordunun dəniz qüvvələrinin həmkarlığı ilə İranın müdafiə nazirliyi tərəfindən işlənib hazırlanıbdır.

İran İslam Respublikası ordusunun baş komandanının kordinasiya müavini kontr-admiral Həbibullah Səyyari bu təlim-məşqin sonunda Kruz raketlərinin atışını önləyici və müdafiə qabiliyyətinin yüksəldilməsində ümidverici bir addım adlandırıb və belə deyib: İranlı gənc tədqiqatçılar və startap mərkəzləri zalımcasına sanksiyalara məhəl qoymadan təchizat asılılıqlarını kəsmək və özünəistinad üzrə aydın yolu davam etdirirlər.

Həmçinin İran İslam Respublikası ordusunun dəniz qüvvələrinin komandanı kontr-admiral Hoseyn Xanzadi su səthi üzrə döyüş təlim-məşqi və uzaq və qısa mənzilli raketlərin atışını uğurlu adlandırıb və belə söyləyib: İranlı gənclərin ciddi-cəhdi ilə bu yeni uğurun əldə olunması xalqa və quruluşa qarşı hər hansı təhdidlə mübarizə istiqamətində İran İslam Respublikasının qüdrətindən olaraq, silahlı qüvvələrdəki özünəinam əhval-ruhiyyəsini gücləndiribdir.

 

Teqlər

Şərhlər