Hakim Mansurinin ölüm xəbəri təsdiqləndi
https://azeri.sahartv.ir/news/İran-i363445-hakim_mansurinin_ölüm_xəbəri_təsdiqləndi
Xarici İşlər Nazirliyinin sözçüsü hakim Mansurinin ölüm xəbərini təsdiqləmişdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2020 16:40 Asia/Baku
  • Hakim Mansurinin ölüm xəbəri təsdiqləndi

Xarici İşlər Nazirliyinin sözçüsü hakim Mansurinin ölüm xəbərini təsdiqləmişdir.

SəhərAzəri xəbər verir, Xarici İşlər Nazirliyinin sözçüsü Seyed Abbas Musavi hakim Gholamreza Mansurinin ölüm xəbərini təsdiq edərkən deyib: “Bu qəzanın səbəbləri barədə rəsmi hesabat almağı gözləyirik və Rumıniya rəsmilərindən xahiş edirik ki, qəzanın dəqiq səbəbi barədə bizə rəsmi məlumat versin.”
 Xarici İşlər Nazirliyindən Cümə günü axşam çağı verilən məlumata görə Musəvi əlavə olaraq bildirib: “O, bu yaxınlarda İran səfirliyində olub və İrana necə qayıdacağını müzakirə etmişdi, İranın Məhkəmə Hakimiyyəti tərəfindən İnterpol vasitəsiylə axtarışda olduğu üçün Rumıniya İnterpol polisi tərəfindən tutulmuşdu.”
Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Bütün bunları nəzər alaraq Rumıniya hakimiyyətini və polisini qanuni vəzifələrini yerinə yetirməyə və hadisənin dəqiq səbəbi barədə rəsmi hesabat verməyə çağırırıq.”