İran koronavirusla mübarizə imtahanından qəbul olub
İran İslam Respublikasının prezidenti ölkənin digər ölkələr, hətta inkişaf etmiş ölkələrlə müqayisədə koronavirusla mübarizə üzrə qiymət cədvəlini qənaətbəxş adlandırıb.
SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün koronavirusla milli mübarizə qərargahının iclasında bildirib ki, bu xəstəlik nəqliyyat, turizm, iqtisadiyyat, təhsil və hətta bəzi tibb sahələrində ölkələrə möhkəm zərbələr vurub. O, deyib: İran, xalq və silahlı qüvvələr daxil omaqla hamının həmkarlığı və sağlamlıq cəbhəsinin fədakarlığı ilə koronavirusla mübarizədə başıuca olub.
Ruhani deyib ki, tibb və səhiyyə üzrə alim və mütəxəssislərin bildirdiklərinə əsasən, koronavirusun başa çatması üçün xas bir zamanı proqnoz etmək olmaz. O, sonra deyib: Tədqiqatçıların fikrinə əsasən, bu virus öz-özünə məhv olmayacaq. Buna görə, uzunmüddətli bir mübarizəyə hazır olmaq lazımdır.