İyun 20, 2020 18:39 Asia/Baku
  • İranda 161 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 161 min koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan iki min 322 yeni xəstə aşkar edilib; onlardan 595 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 202 min 584 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 115 nəfər həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı 9 min 507 nəfərə çatıbdır.

İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək ölkədə koronavirusa yoluxanlardan 161 min 384 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər