İyun 21, 2020 09:11 Asia/Baku
  • İran Avropanın ABŞ-da baş verənlərə susmasını qınayıb

İran XİN mətbuat katibi Seyid Abbas Musəvi bir daha Avropanın ABŞ-da xalqın amansız repressiya edilməsinə qarşı susqunluğunu qınayıb.

SəhərAzəri xəbər verir, İran XİN mətbuat katibi Seyid Abbas Musəvi deyib: "ABŞ rejiminin öz xalqına nəfəs almaq icazəsi vermədiyi və dinc aksiyaları vəhşicəsinə dağıtdığı bir halda, Avropa və dünyada dırnaqarası hüquq müdafiəçilərinin kar edən səssizliyi bir daha onların iki üzlülüyü, riakarlığı və ikili standartlarını nümayiş etdirdi".

İranın Xarici İşlər Nazirliyi iyunun 18-də bir tvittdə ABŞ-da etirazçılara qarşı münasibətə toxunaraq, vurğulayıb: "Artıq dünyanın ABŞ rejimini bu ölkənin daxilində və xaricində insan hüquqlarına görə cavabdeh etməyə təmərküzləşməsinin vaxtı gəlib çatıbdır".

Teqlər