İranda 169 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/İran-i363624-İranda_169_min_nəfərdən_çox_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 169 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2020 14:35 Asia/Baku
  • İranda 169 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 169 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan iki min 445 yeni xəstə aşkar edilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 209 min 970 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 121 nəfər həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı 9 min 863 nəfərə çatıbdır.

İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək ölkədə koronavirusa yoluxanlardan 169 min 160 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.