İranda KOVİD 19-a yoluxmuş 172 mindən çox xəstə sağalıb
https://azeri.sahartv.ir/news/İran-i363669-İranda_kovİd_19_a_yoluxmuş_172_mindən_çox_xəstə_sağalıb
İran İslam Respublikası Səhiiyyə Nazirliyinin sözçüsü son sutka ərzində 2 mindən çox koronavirusa yoluxma faktının qeydə alınmasından, indiyədək cəmi 172 min xəstənin sağalmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2020 10:14 Asia/Baku
  • İranda KOVİD 19-a yoluxmuş 172 mindən çox xəstə sağalıb

İran İslam Respublikası Səhiiyyə Nazirliyinin sözçüsü son sutka ərzində 2 mindən çox koronavirusa yoluxma faktının qeydə alınmasından, indiyədək cəmi 172 min xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün deyib: Son sutka ərzində İranda KOVİD 19-a 2 min 531 yeni yoluxma faktı qeydə alınıb, min 340 nəfər xəstəxanaya yerləşdirilib. 

Lari İranda pandemiyaya yoluxanların ümumi sayının 212 min 501 nəfərə çatdığını bildirərək deyib: Son sutka ərzində KOVİD 19-a yoluxanlardan 133 nəfər vəfat edib və beləliklə pandemiyadan ölənlərin ümumi sayı 9 min 996 nəfərə çatıb.