İyun 24, 2020 19:50 Asia/Baku
  • Azərbaycan Respublikasında yaşayan iranlıların bir qrupu İrana geri dönüb

Koronavirus pandemiyası ilə bağlı sərhədlər bağlandığı üçün İran İslam Respublikasına geri dönmələri mümkün olmayan Azərbaycanda yaşayan iranliların yeddinci qrupunun İrana qayıtması bu gün təmin edilib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Bakıdakı səfirliyinin səyləri və iki ölkə rəsmilərinin koordinasıyası nəticəsində İran vətəndaşlarından daha 110 nəfəri yerüstü nəqliyyat vasitəsilə Bakı şəhərindən İrana daxil olmaq məqsədilə Astara sərhəd-keçid məntəqəsinə doğru istiqamətlənib.

Bu İran-Azərbaycan sərhədləri arasında hərəkətin qadağan edilməsindən bəri İrana köçürülən yeddinci qrupdur və bundan əvvəl 759 nəfər altı qrup çərçivəsində İrana köçürülüb. İran və Azərbaycan arasında sərhədlər Mart ayının birində koronavirusun yayılmasının qarşısını almaq üçün sərnişinlərin üzünə bağlanıb və iki ölkə arasında aviareyslər dayandırılıb. Lakin sərhədlərin sərnişinlərə bağlı olmasına baxmayaraq, yük və tranzit maşınlarının hərəkəti keçmişdə olduğu kimi, davam etdirilib. İranla Azərbaycan və digər ölkələr arasında gediş-gəliş məhdudiyyəti avqustun birinədək qüvvədə qalacaq.

Teqlər