Venesuela ABŞ-ın İran kapitanlarına qarşı sanksiyalarını qınayıb
Venesuelanın xarici işlər naziri Xorxe Arreaza öz Tvitter hesabında paylaşdığı mesajda yazıb: ; “Trampın İran kapitanlarına qarşı sanksiya tətbiq etməsi onun Venesuela xalqına nifrət etdiyini sübut edir”
SəhərAzəri xəbər verir, ABŞ Dövlət Katibi Mayk Pompeo iyunun 24-də keçirdiyi mətbuat konfransında ölkəsinin İran tankerlərinin kapitanlarına Venesuelaya yanacaq və təchizat tədarükü üçün sanksiya tətbiq etdiyini bildirib və Venesuelada prezident Nikolas Maduronun elan etdiyi kimi, yanacağın bərabər və ədalətli paylanmasına heç kimin inanmadığını iddia edib.
Xatıladaq ki, İran bu yaxınlarda ABŞ-ın sanksiyalarına rəğmən, yanacaq daşıyan beş tankerini Venesuelaya göndərdi. Mütəxəssislər bu hərəkəti Tehran üçün böyük uğur hesab etdilər. Beləliklə Karakas hökuməti ölkə daxilində yeni sistem əsasında yanacaq paylamağa başladı.
İran tankerlərinin Venesuela lımanlarına yan alması elə bir halda baş verdi ki, ABŞ hökuməti Tehran-Karakasın arasındakı yeni iqtisadi ittifaqı dağıtmaq üçün bu tankerlərin Venesuela sahillərinə çatmaması üçün tədbirlər görəcəyi ilə hədələmişdi.
İran tankerlərinin Venesuelaya çatması fonunda bu ölkənin hərbi və dövlət rəsmiləri İrana yanacaq tədarükü ilə göstərdiyi həmrəyliyə görə, minnətdarliq ifadə edərək, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin davam etdiriləcəyinə söz verdilər.