İyul 01, 2020 16:59 Asia/Baku
  • İranda 191 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 191 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

SaharAzeri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 549 yeni  koronavirus xəstəsi aşkar edilib . 1621 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 230 min 211 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 141 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on min 958 nəfərə çatıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da 10 milyon 610 min nəfəri ötüb keçibdir. Onlardan təqribən 515 min nəfər həyatını itirib.

 

Teqlər

Şərhlər