İyul 03, 2020 14:02 Asia/Baku
  • İran və İraq təhlükəsizlik və müdafiə həmkarlıqlarının genişləndirilməsini vurğulayıblar

İranın İraqdakı hərbi attaşesi və İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının sədri iki ölkənin təhlükəsizlik və müdafiə sahələrindəki əməkdaşlıqları haqda danışıblar.

SaharAzeri xəbər verir, Briqada generalı pasdar Mostəfa Moradiyan və Muhəmməd Rza Ali-Heydər bu gün Bağdadda keçirdikləri görüşdə iki ölkənin müxtəlif sahələrdəki əlaqələrinin genişləndirilməsi və hərbi-müdafiə müqavilələrinin icrası yollarını araşdırıb, onların gücləndirilməsi və genişləndirilməsinə təkid ediblər.

Muhəmməd Rza Ali-Heydər bu görüşdə həmçinin İŞİD terror qrupu ilə mübarizə zamanı İran İslam Respublikasının etdiyi yardımlara görə təşəkkür edib, onu digər region və regionaşırı ölkələrlə müqayisədə İranın İraqla qardaşlığının nümunəsi adlandırıb.

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının bir qrup üzvünün də iştirak etdiyi bu görüşdə iki tərəf Tehran-Bağdad hərbi-təhlükəsizlik əlaqələrinin genişləndirilməsinə, həmçinin regiondakı terrorçularla hərtərəfli mübarizəyə təkid edibdir.

İran İslam Respublikasının İraqdakı hərbi attaşesi ötən həftə də hərbi və müdafiə həmkarlıqlarının inkişaf etdirilməsi istiqamətində İraqın müdafiə naziri Cuma İnad və İraq ordusunun baş qərargah rəisi korpus generalı Əbduləmir Yarəllah ilə görüşmüşdü.

Teqlər

Şərhlər