İyul 04, 2020 07:00 Asia/Baku
  • AEBA Nətənz saytındakı hadisə yerində radioaktivin olmadığını təsdiqləyib

Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) cümə günü bir bəyanat yayaraq, İranın Nətənz nüvə kompleksindəki hadisə baş verən məkanda radioaktiv maddələrin olmadığını təsdiqləyib.

SəhərAzəri - Fars xəbər Agentliyinin məlumatına görə, bu bəyanatda, İranın Nətənz uran zənginləşdirmə obyektində qəza baş verən məkanda radioaktiv maddələrin olmadığını təsdiqləyərək, deyilir: "Bu kompleks nüvə anlaşması ilə əlaqədar AEBA-nın ən sərt nəzarəti və təftiş sistemi və həqiqətin yoxlanılması mexanizmi altındadır.

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının mətbuat katibi Behruz Kamalvəndi iyulun 2-də səhər saatlarında Nətənz nüvə saytında tikilməkdə olan bir kompleksdə hadisənin baş verməsindən xəbər verib.

B.Kamalvəndi baş verən hadisədə heç bir tələfatın olmadığını bildirərək, əlavə edib: "Sözü gedən kompleksin işlək vəziyyətdə olmadığından radioaktiv maddələrin sızması ehtimalı yoxdur və bu hadisə bu kompleksin gündəlik fəaliyyətlərinə heç bir maneə törətməyib. 

Teqlər