İyul 04, 2020 12:12 Asia/Baku
  •  İran dərman preparatları və tibbi ləvazimatların təminində böyük addımlar atıb

İran İslam Respublikası prezidenti İranda koronavirusa qarşı görülən tədbirlərə işarə edərək, deyib: "İran dərman preparatları və tibbi ləvazimatların təminində böyük addımlar atıb"

SəhərAzəri xəbər veriri, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Koronavirusla Mübarizə üzrə Milli Qərargahının iclasında dünyanın koronavirusdan əvvəl və koronavirusun yayılmasından sonrakı iqtisadi vəziyyətini və müxtəlif ölkələrin səhiyyə tədbirlərini müqayisə edərək, deyib: "İran bu çətin dönəmdə öz ayaqlarının üstündə durub və elmi biliklərə əsaslanan şirkətlər, Səhiyyə Nazirliyi və ölkənin universitetləri birgə açlışaraq, dərman preparatları, tibbi ləvazimatlar və test dəstlərinin təmin edilməsində böyük addımlar atıblar.

Ruhani dərman preparatlarının istehsalı və həmçinin koronavirusa qarşı peyvəndin hazırlanması uğrunda çalışan iranlı tədqiqatçıların səylərini yüksək dəyərləndirib.

Teqlər

Şərhlər