Yalançılıq və ittihamvurma ABŞ-ın xarici siyasətinin əsas elementləridir
İran Xarici İşlər Nazirliyinin sözçüsü yalançılıq, ittihamvurma nifrətyaymanı xüsusən hazırkı rejimdə ABŞ-ın xarici siyasətinin əsas elementləri adlandırıb. Bildirib ki, Amerikanın nifrətyayan dövlət katibinin sözləri də məhz bu rəftardan qaynaqlanır.
SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi bu gün Amerikanın dövlət katibi Mayk Pompeonun Yəmənə silah daşıyan İran gəmisinin saxlanılmasına dair puç iddiasını əsassız adlandırıb. Musəvi deyib: Beynəlxalq səhnədə və təhlükəsizlik şurasında İrana qarşı silah məhdudiyyətlərinin davam etməsi üçün bir nailiyyət əldə etmədiklərini hiss edən amerikalılar yeni səylərə başlayıblar. Onlar yalançılıq və ittihamvurma ilə öz xəbiscəsinə hədəflərini həyata keçirmək və maksimum təzyiqi davam etdirmək üçün bəhanələr gətirməyə çalışırlar.
Musəvi ABŞ ilə səudiyyənin Yəmən xalqına qarşı beşillik mühasirə tətbiq etmələrinə də toxunub. Bildirib ki, bu hərəkət pis qidalanma və aclıq üzündən minlərlə nəfərin ölümünə bais olubdur.
O, belə qeyd edib: Amerika və Səudiyyə Ərəbistanı özlərinin Yəməndəki cinayətlərinə cavabdeh olmaq əvəzinə, başqalarına nalayiq və əsassız ittihamlar vurmaqla özlərinin bu cinayətkarcasına və insanlığa zidd rəftarları qarşısında məsuliyyət daşımaq və cavab verməkdən yaxa qurtarmağa çalışırlar.