Rusiya: İran sanksiyalarının əleyhinəyik
İyul 10, 2020 17:31 Asia/Baku
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Amerikanın İrana qarşı silah sanksiyalarını uzatmaqda qətiliklə müvəffəq olmayacağını vurğulayıb.
SəhərAzəri Rasthaber-ə istinadla xəbər verir, Nebenzya Dünən verdiyi açıqlamada, Amerikanın Təhlükəsizlik Şurasının 2231 nömrəli bəyannaməsi çərçivəsində İrana qarşı silah sanksiyasını uzatmağa dayir səylərinin nəticəsiz qalacağını, İranın isə nüvə sazişinə görə belə bir layihəni haqlı olaraq qətiliklə rədd edəcəyini bildirib.
Amerikanın birtərəfli qaydada nüvə sazişindən çıxması və beynəlxalq qanunları ayaq altına almasına baxmayaraq nüvə razılaşmanı bitmiş göstərməyə cəhdləriylə İrana qarşı silah sanksiyasını uzatmaq istəyi ümumiyyətlə qəbul edilmir.