İyul 11, 2020 09:13 Asia/Baku
  • İranda 109 yaşlı kişi koronavirusdan sağalıb

İranda koronavira yoluxmuş 109 yaşlı kişi müalicə olunaraq, xəstəxanadan evə buraxılıb.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir, İranda koronavirusa yoluxmuş 109 yaşlı kişi cümə günü tam sağalaraq, xəstəxanadan evə buraxılıb.

İranda indiyə kimi, onlarla yaşı 90-dan yuxarı olan koronavirus xəstəsi möhkəm iradə ilə bu ölümcül virusua qalib gələrək, xəstəxanalardan evə buraxılıblar.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatına görə, bu ölkədə hazırkı dövrədək 252 min 720 koronavirus xəstəsindən 215 min 15 xəstə sağalaraq, xəstəxanalardan evə buraxılıb.

Teqlər

Şərhlər