İranda 225 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/İran-i364601-İranda_225_min_nəfərdən_çox_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 225 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2020 13:25 Asia/Baku
  • İranda 225 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 225 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 521 yeni koronavirus xəstəsi aşkar edilib . 1820 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 262 min 173 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 179 xəstənin vəfat etməsinə işarə edib. Qeyd edib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on üç min 211 nəfərə çatıbdır.