İyul 14, 2020 18:38 Asia/Baku
  •  İran sionist rejimin boynuna ağır xərc yükləyir

İran-Suriya hərbi sazişinin əhəmiyyətinə toxunan bir Livan qəzeti, sionistlərin bu razılaşmadan çox qorxduğunu və bunun Tehranın Dəməşqə tam dəstəyi istiqamətində bir addım hesab etdiyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Suriyanın Müdafiə naziri Əli Əyyub və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağheri bu yaxınlarda hərbi əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzaladılar.
Əl-Axbar qəzeti bu razılaşmanın mahiyyətini araşdıraraq yazıb: Şübhə yoxdur ki, İran-Suriya hərbi əməkdaşlıq sazişinin mesajları sionist rejimin siyasi və təhlükəsizlik sahələrində qərar vermə mərkəzlərinə çatıb, və bu Ən azından Suriya və İranın növbəti addımları atmaq niyyətində olduqlarını göstərir.
Qəzetin yazdığına görə, müqavilə Təl-Əvivdə narahatlığa səbəb olub; Çünki belə bir razılaşma Dəməşq və Tehran arasında hərbi-strateji münasibətlərdə mühüm dəyişiklik yaradacaqdır. 
Ancaq bu razılaşmanın xarakterik xüsusiyyəti, mesajlarının çox oxlu olmasıdır.

Bu razılıq ABŞ-ın Suriyaya qarşı "Sezar" adlı sanksiya qanunundan sonra əldə edilib. Sanki sionistlər hava hücumlarını davam etdirərək Suriya-İran koalisiyasının məğlubiyyətinə inanırdılar. Sezar, Suriya hökuməti və xalqını mühasirəyə alaraq onları dizə çökdürmək üçün hazırlanmışdı, lakin bu razılaşma qanuna etiraz etmək və mühasirəni pozmağa çalışmaqdır.
Əl-Əkbər yazır ki, İran bu hərəkəti ilə Suriya ilə münasibətləri inkişaf etdirmək əzmində olduğunu göstərdi, Suriya isə sionist rejimin hesablamalarını pozmağa və artmaqda olan təhlükələrə qarşı hazırlaşmağa qərarlı olduğunu bildirdi.

Teqlər

Şərhlər