İyul 14, 2020 20:37 Asia/Baku
  • Borrel nüvə anlaşmasının qorunmasını vurğulayıb

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib ki, dünya ictimaiyyəti və bütün nüvə anlaşması tərəflərinin iştirakı ilə bu anlaşmanın qorunması üçün mümkün olan hər bir addıma getmək əzmindədir.

SəhərAzəri xəbər verir, Cozep Borrel bu gün nüvə anlaşmasının imzalanmasının beşinci ildönümü münasibətilə bir açıqlama yayıb. Vurğulayıb ki, nüvə anlaşmasının qorunması hər bir digər zamandakından önəmlidir və onun bütün tərəflərin vasitəsilə tam şəkildə icrası həyatidir.

Borrel söyləyib: Nüvə anlaşması İranın nüvə proqramının dinc məqsədli olması mahiyyəti barədə dünya ictimaiyyətinə əminlik verən yeganə vasitədir.

Açıqlamada deyilir: Nüvə anlaşması İran üçün nüvə öhdəliklərinə şamil olan bir sənəddir ki, beynəlxalq sanksiyaların aradan götürülməsi qarşılığında Tehranla iqtisadi-ticari münasibətlərin adiləşdirilməsi baxışı ilə icra olunmalıdır.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bu açıqlamada bir daha Amerikanın nüvə anlaşmasından çıxmasından təəssüf ifadə və belə qeyd edib: İranın nüvə məsələsinin həlli istiqamətində hazırkı əhatəli üslubda gələcəkdə dünya ictimaiyyəti üçün bir daha fürsətin yaranacağını təsəvvür etmək yanlış olardı.

 

Teqlər

Şərhlər