İyul 16, 2020 21:24 Asia/Baku
  • İranda 230 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 230 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 500 yeni koronavirus xəstəsi aşkar edilib . 1914 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 267 min nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 198 xəstənin vəfat etməsinə işarə edib. Qeyd edib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on üç min 608 nəfərə çatıbdır.

Teqlər